Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə, Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Arazmedia.az-ın məlumatına görə, o, bu təyinatadək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, R.Tağıyev daha əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olub.