DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Siyasət

Həbsdə olan icra başçısının yerinə TƏYİNAT – SƏRƏNCAM

1 dəqiqəyə oxunur

Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Arazmedia.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov olub. O, Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilib. DTX-nin  keçirdiyi əməliyyat nəticəsində həbs edilib.