DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Fuad Muradov mətbuat katibinə yeni vəzifə verdi – FOTO

1 dəqiqəyə oxunur

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

Arazmedia.az report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib.

Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.