DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Hərbi Xəbərlər

Baş Qərargah rəisi Ankarada Heydər Əliyev Parkını ziyarət etdi – FOTO

1 dəqiqəyə oxunur

Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 12-də Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

General-leytenant Kərim Vəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.