DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Gürcüstanın Batumi şəhərində Azərbaycanlı tədqiqatçılarla görüş keçirilib

1 dəqiqəyə oxunur

10 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğunda Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçıları ilə görüş keçilib.

Arazmedia.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun rəhbərliyi ilə həyata keçirilən “Horizon 2020” layihəsinin  “Humanitar elmlərdə elmi mübadilə və akademik mədəniyyət. Avropa və Qaradəniz regionu, XVIII əsrin sonu – XXI əsr” adlı istiqaməti üzrə tədqiqat aparan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Orta əsrlər arxeologiyası” şöbəsinin elmi işçisi, t.ü.f.d. Namiq Hüseynli,  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin elmi işçisi Sevinc Hüseynova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşı Ülkər Allahverdiyeva bir aylıq müddətə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə ezam olunmuşlar. 

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğunun əməkdaşları – Asim Osmanov və Anar Kazımlı ilə görüşən tədqiqatçılar elmi-tədqiqat sahələri barədə məlumatlar vermiş və perspektivləri müzakirə etmişlər. Konsulluq əməkdaşları tədqiqatçıları mövcud pandemiya şəraitində riayət olunacaq qaydalar barədə məlumatlandırmışlar.