DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Siyasət

Əli Əsədov bu rayonların rəhbərlərini topladı

1 dəqiqəyə oxunur

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üzrə Dövlət Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib.

Arazmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclas zamanı ötən vaxt ərzində görülmüş işlərin vəziyyətinə dair məruzələr dinlənilib, yerdə qalan işlərə dair müzakirələr aparılıb və qısa müddət ərazində tam başa çatdırılımasına dair müvafiq tapşırıqlar verilib.