Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V turun daha 7 oyunu keçirilib.
Arazmedia.az-ın məlumatına görə, qarşılaşmalar D, F, G və H qruplarında baş tutub.
D qrupunda Fransa səfərdə Ukraynanın müqavimətini qıra bilməyib – 1:1. F qrupunda İsrail Avstriyanı, Şotlandiya Moldovanı, Danimarka isə Farer adalarını məğlub edib.
G qrupunda yer alan Türkiyə millisi səfərdə Cəbəllütariqlə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 3:0 qələbəsi ilə başa çatıb. Qolları 54-cü dəqiqədə Halil Dervişoğlu, 65-ci dəqiqədə Hakan Çalhanoğlu, 83-cü dəqiqədə isə Kenan Karaman vurublar. Bu qrupun digər görüşündə Niderland evdə Monteneqronu darmadağın edib.
H qrupunda isə Xorvatiya səfərdə Slovakiyaya qalib gəlib.
D qrupu
22:45. Ukrayna – Fransa – 1:1
Qollar: Nikolay Şaparenko, 44 – Antoni Marsyal, 50
Xal durumu: Fransa – 8 (4 oyuna), Finlandiya – 5 (3), Ukrayna – 4 (4), Bosniya və Herseqovina – 2 (3), Qazaxıstan – 2 (4)
F qrupu
22:45. Farer adaları – Danimarka – 0:1
Qol: Yonas Vind, 85
Qırmızı vərəqə: Rene Yonsen, 84 (Farer adaları)
22:45. İsrail – Avstriya – 5:2
Qollar: Manor Solomon, 5, Munas Dabbur, 20, Eran Zahavi 33; 90, Şon Veysman, 59 – Kristof Baumqartner, 42, Marko Arnautoviç, 55
22:45. Şotlandiya – Moldova – 1:0
Qol: Lindon Dayks, 14
Xal durumu: Danimarka – 12, İsrail – 7, Avstriya – 7, Şotlandiya – 5, Farer adaları – 1, Moldova – 1
G qrupu
22:45. Niderland – Monteneqro – 4:0
Qollar: Memfis Depay, 38 (penalti); 62, Corcinyo Veynaldum, 70, Kodi Qakpo, 76
22:45. Cəbəllütariq – Türkiyə – 0:3
Qollar: Halil Dervişoğlu, 54, Hakan Çalhanoğlu, 65, Kenan Karaman, 83
Xal durumu: Norveç – 10 (5 oyuna), Türkiyə – 8 (4), Niderland – 7 (4), Monteneqro – 7 (4), Latviya – 4 (5), Cəbəllütariq – 0 (4)
H qrupu
22:45. Slovakiya – Xorvatiya – 0:1
Qol: Marselo Brozoviç, 86
Xal durumu: Rusiya – 10 (5 oyuna), Xorvatiya – 7 (4), Slovakiya – 7 (5), Sloveniya – 4, Malta – 4 (5), Kipr – 4 (5)