DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Yeni dərs ilinin başlanması ilə bağlı qərar nə vaxt veriləcək? – VİDEO

1 dəqiqəyə oxunur

Yeni dərs ilinin başlanmasına iki həftədən də az müddət qalıb. Amma müddətin az olmasına baxmayaraq, dərslərin əyani, yoxsa distant formada başlayacağı bilinmir. Bu hal isə valideynləri də düşündürməyə başlayıb.

Arazmedia.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, valideynlər məktəblərin açılması ilə bağlı qərarın tez verilməsini istəyirlər. Çünki onlar övladları üçün məktəb ləvazimatları alıb-almayacaqları barədə qərar verməkdə çətinlik çəkirlər.

Satıcılar isə mövcud vəziyyətlə bağlı əvvəlki illərə nisbətən satışın azaldığını deyirlər.

Yeni tədris ilinin başlanması ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və uyğun fəaliyyət istiqamətləri müəyyən ediləcək. Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair yaxın günlərdə ətraflı məlumat veriləcək.