Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb – FAKTİKİ HAVA
1 dəqiqəyə oxunur
Share
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 3-ü saat 10.00 -a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçmiş, Qusarda isə 0.3 mm yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənmişdir.
Bakıda və Abşeron yarımadasında : Bakıda arabir 23 m/s, Neft Daşlarında 24 m/s, Pirallahı, Qum adası, Çilov adasında 20 m/s, Maştağada 19 m/s, Sumqayıt, Binə 18 m/s -dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.