DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ÖTDÜ

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38327 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2770082 təşkil edir.