Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 886 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.
Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 553 697, ölənlərin sayı isə 7 482 nəfərə çatıb. Virusa yoluxanlardan 497 517 (89%) nəfərin sağaldığı bildirilir.