10 avqustda İraqın şimalındakı “Pençe Kaplan” əməliyyatı bölgəsinə edilən raket hücumu nəticəsində ağır yaralanan Trabzonlu baş çavuş İsmail Şebelek 20 günlük həkim səylərinə baxmayaraq xəstəxanada şəhid olub.
Arazmedia.az xəbər verir ki, o, Gülhane Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdu.
Bildirilib ki, şəhid doğulduğu Trabzon şəhərinin Arsin mahalında Fındıklı Məhəlləsində yaşayan ailəsinə təhfil verilib.
Şəhid Çavuş İsmail Şebelek, 31 Avqustda Arsin rayonunda yerləşən ailə qəbiristanlığında torpağa tapşırılacaq.