Azərbaycan Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Arazmedia.az xəbər verir ki, millimizin paraatleti Səid Nəcəfzadə mükafatçılar sırasında yer alıb. O, uzunluğa tullanma yarışlarında 7,03 m nəticə göstərərək bürünc medal qazanıb. Bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 13-ə çatıb. Paralimpiyaçılarımız 9 qızıl və 3 bürünc medal əldə ediblər. Share