DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

ABŞ-ın Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 dinc sakin öldü

1 dəqiqəyə oxunur

ABŞ Silahlı Qüvvələrinin bazar günü Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər həlak olub. Onların hamısı eyni ailənin üzvləridir.

Arazmedia.az  xəbər verir ki, bu barədə “CNN” qurbanların yaxınlarına istinadən məlumat yayıb.

Həlak olanların arasında ən kiçiyinin iki yaşı olmaqla, 6 uşaq var.

Xatırladaq ki, Amerika qüvvələri bazar günü Kabildə “İŞİD” terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” yaraqlılarının planlaşdırdığı terror aktının qarşısını almaq üçün PUA-dan zərbələr endirib. Yaraqlıların partlayıcı maddə olan avtomobili məhv edilib.

Məlumata görə, ABŞ qüvvələrinin hücumu iki nəqliyyat vasitəsini və bir yaşayış binasını qismən dağıdıb.