Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Arazmedia.az-ın məlumatına görə, 42 yaşlı idmançı nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb. Qeyd edək ki, Azərbaycan komandası daha əvvəl 7 qızıl və 2 bürünc medal əldə edib. Share