DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Bakıda “patı” satan qadın saxlanıldı – VİDEO

1 dəqiqəyə oxunur

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Kəmalə Mədəti tutulub.

DİN-dən  verilən məlumata görə, Polis Şöbəsində onun əlində olan pulqabıya baxış zamanı ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkar olunub.  Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.
Qeyd edilən faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib və Kəmalə Mədətinin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.