DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Yas mərasimi təşkil edən şəxs cərimələndi

1 dəqiqəyə oxunur

Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.