Son günlərdə respublikamızda koronavirus pandemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar Qəbələ rayonunda genişmiqyaslı kompleks tədbirlər həyata keçirilib.
Arazmedia.az xəbər verir ki, rayon icra hakimiyyətinin və rayon polis şöbəsinin mülki geyimdə olan əməkdaşlarından ibarət mobil qrup üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və digər qapalı yerlərdə keçirilən reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsi-dezinfeksiyaedici məhlul və qoruyucu maskalardan istifadə, insanlar arasında sosial məsafənin qorunması vəziyyəti ilə bağlı yoxlamalar aparılmışdır.
Aşkar edilən nöqsanlar və çatışmazlıqlarla bağlı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərlə profilaktik söhbətlər aparılmış və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi bir daha izah edilmişdir.