DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Lerikdə meşə yanır

1 dəqiqəyə oxunur

Fövqəladə Hallar Nazirliyi Lerikdə baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Arazmedia.az xəbər verir ki, məlumatda deyilir:

“Nazirliyin “112” qaynar telefon xəttinə Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək”.