Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.
Bu barədə Arazmedia.az RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, qırıcı Aşuluk poliqonunun ərazisinə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib.
Hadisə nəticəsində pilot vəfat edib. Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə Aerokosmik Qüvvələrin Ali Komandanlığından komissiya göndərilib.