DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Qarabağ” “Aberdin”lə qarşılaşacaq

1 dəqiqəyə oxunur

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Arazmedia.az xəbər verir ki, Konfrans Liqasında mübarizə aparan Ağdam klubu pley-offun ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Şotlandiya təmsilçisi “Aberdin”lə görüşəcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Cari mövsümdə məğlub olmayan ağdamlılar uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirməyə köklənib. Ardıcıl 7 dəfə avrokubokların qrupuna düşən “Qarabağ” seriyanın davamı üçün ilk matçda uğurlu nəticə qazanmalıdır.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.