İsrail ordusu Suriyanın Kuneytra bölgəsində yerləşən hərbi obyektə raket zərbələri endirib.
Arazmedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundakı mənbələr məlumat yayıb.
İsrail ordusunun azı 3 raket atdığı bildirilir.
Qeyd olunub ki, İsrail Suriya ordusunun 90-cı briqadasının qərargahına da hücum edib. İlkin məlumata görə, hərbçilər arasında ölən və yaralanan yoxdur.