DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Erməni silahlıları Şuşanın bu kəndini tərk etdi

1 dəqiqəyə oxunur

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin  əsgərləri bir neçə gün əvvəl Şuşanın Sarıbaba kəndini tərk edib gediblər. Nəticədə kənd hazırda müdafiəsiz qalıb.

Arazmedia.az xəbər verir ki, bu haqda “kənd icmasının rəhbəri” Artak Akopyan bildirib.

“Kənd müdafiəsiz qalıb. Şaiyələrə əsasən əsgərlərimiz mövqelərindən ona görə çəkiliblər ki, azərbaycanlılar da  3 kilometr geri çəkilsin. Amma hələlik heç nə baş vermir. Müəyyən vaxt Rusiya sülhməramlıları kəndi müdafiə etmək üçün gəliblər, amma sonra onlar da gediblər və daha geri qayıtmayıblar”.

Qeyd edək ki, kənd 1992-ci ildə işğal altına düşüb.