Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsi başlayır
1 dəqiqəyə oxunur
Share
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) və Avropa Liqasında (AL) pley-off mərhələsinin görüşlərinə start veriləcək.
Arazmedia.az-ın məlumatına görə, ilk oyun günündə ÇL-də 3, AL-də isə 1 qarşılaşma baş tutacaq. Matçların hamısı Bakı vaxtı ilə eyni saatda – 23:00-da başlayacaq.
Çempionlar Liqasında “Monako” Fransada Ukraynanın “Şaxtyor” (Donetsk) klubunu qəbul edəcək. Digər oyunlarda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Moldovada “Şerif”lə, “Zalsburq” isə evdə Danimarka “Bröndbü”sü ilə üzə-üzə gələcək.
Avropa Liqasında isə “Srvena Zvezda” Serbiyada Rumıniyanın ÇFR klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.