![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/08/1602416325.mn-1602415735.jpg?resize=620%2C440&ssl=1)
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.
Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən bildirilib.
“Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”-deyə, məlumatda deyilir.