DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyə ordusu şəhid VERDİ

1 dəqiqəyə oxunur

İraqın şimalında PKK terror təşkilatının silahlıları tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Bu barədə Arazmedia.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbçi “Pençe-Şimşek” kontr-terror əməliyyatının keçirildiyi zonada ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin cavab atəşi ilə qruplaşmanın üç yaraqlısı zərərsizləşdirilib.

Türkiyə ordusunun regionda kontr-terror əməliyyatı davam edir.