Gürcüstanda son sutkada daha 5 359 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 42 nəfər ölüb. Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 471 685-ə, vəfat edənlərin sayı isə 6 321-ə çatıb. Ötən 24 saat ərzində xəstəlikdən sağalanların sayı isə 2 726 nəfər artaraq 415 146 olub. Share