DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Daşqınlar Rusiyada 24 mindən çox insana ziyan vurdu

1 dəqiqəyə oxunur

Rusiyanın Uzaq Şərqində 24 mindən çox insanın daşqından zərər çəkdiyi bildirilib.

Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Uzaq Şərq Federal Dairəsindəki nümayəndəliyinin mətbuat xidməti məlumat verib. 

“Dörd Uzaq Şərq bölgəsi, yəni Amur bölgəsi, Transbaykal və Xabarovsk əraziləri, həmçinin Yəhudi muxtar bölgəsi daşqından zərər çəkib. Yaşayış üçün yararsız olan 1871 binanın təmirə ehtiyacı var”, – deyə mətbuat xidməti açəqlamasında deyib. 

Daşqın 145 yaşayış məntəqəsini, 56 bələdiyyəni, 3000-dən çox fərdi evi, eləcə də 8 900 hektar torpaq sahəsini və 160 sosial obyekti viran qoyub. 950 kilometrdən çox avtomobil yolu, 102 körpü və yeddi dəmir yolu ciddi zədələnib. 

Mətbuat xidmətinin məlumatına görə, daşqından zərər çəkənlərin 80%-dən çoxu federal büdcədən 10 min rubl (135 ABŞ dolları) məbləğində birdəfəlik müavinət alıb. Gündəlik ehtiyacı olan əmlakını itirənlərə 50 000 rubl (676 ABŞ dolları), mənzilini itirənlərə isə 100 000 rubl (1352 ABŞ dolları) ödəniləcək.