DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Xəzərdə batan şəxsin meyiti TAPILDI

1 dəqiqəyə oxunur

“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Fövqəladə Hallar Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Arazmedia.az FHN-ə istinadən xəbər verir ki, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib. Qaradağ rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Yusibov Cavidan Cavid oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Şabran rayonunda minik avtomobilinin Samur-Abşeron kanalına aşması nəticəsində sürücü Quliyev Mənsim Qəhrəman oğlunun meyiti xilasedicilər tərəfindən su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.