DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukrayna 5 günlük hərbi təlimlərə BAŞLADI

1 dəqiqəyə oxunur

Ukrayna Silahlı Qüvvələri bütün qollarını əhatə edən komanda-qərargah təlimlərinə start verib.

Arazmedia.az xəbər verir ki, təlimlər avqust ayının 9-da başlayıb və beş gün davam edəcək. 

Sözügedən təlimlərə Ukrayna Silahlı Qüvvələrinin ümumilikdə 14 hərbi komandanlıq və nəzarət orqanları, həmçinin ölkənin Milli Qvardiyası, Təhlükəsizlik Xidməti, Dövlət Fövqəladə Hallar Xidməti və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndələri qatılacaq.

Manevrlər Ukraynanın cənubunda, şərqində və şimalında, eləcə də Qara dənizdəki Zmiinyi adasında Ukrayna ordusuna aid beş təlim poliqonunda keçiriləcək.

Açıqlamaya görə, təlimlərin məqsədi müxtəlif növ düşmən hərəkətlərinin planlaşdırılması və idarə edilməsində hərbi səlahiyyətlilərin əməliyyat qabiliyyətlərini artırmaqdır.

Bildirilib ki, Ukrayna ordusu hava qüvvələri ilə mübarizə, quru və dəniz qruplarına aviasiya dəstəyi də daxil olmaqla bir sıra müdafiə tətbiqləri hazırlayacaq.

Təlimə “Buk-M1” və “C-300” zenit-raket kompleksləri, “Javelin” tank əleyhinə raket sistemləri, həmçinin “Qrad” və “Uraqan” raket qurğuları cəlb olunacaq.