DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

İsrailin iki aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

1 dəqiqəyə oxunur

İsrailin “Arkia Airlines” və “Israir Airlines” aviaşirkətlərinin Təl-Əviv – Bakı – Təl-Əviv istiqamətlərində hava daşımaları həyata keçirməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazə alıb.

Arazmedia.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, “Arkia Airlines”a avqustun 15-dən həftədə iki dəfə – cümə axşamı və bazar günləri Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilib. Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti də avqustun 15-dən etibarən həftədə iki dəfə – bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə alıb. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.

Bundan əlavə, AZAL həftədə iki dəfə – cümə axşamı və bazar günləri Təl-Əviv – Bakı – Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir.