DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Dünya

Aİ Azərbaycana vaksinasiya üçün maliyyə vəsaitini artırıb

1 dəqiqəyə oxunur

Avropa İttifaqı (Aİ) COVID-19-a qarşı vaksinin alınması məqsədilə “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrə maliyyə vəsaitini artırıb.

Arazmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana ayrılan məbləğ əlavə 35 milyon avro artırılaraq 75 milyon avroya çatdırılıb.

Qeyd edək ki, Aİ bu məqsədlə cari ilin fevralında “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrə 40 milyon avro ayırmışdı.