Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) bir nəfər batıb.
Arazmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyə 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.