DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu fənlər üzrə vakansiya seçimi başlayır

1 dəqiqəyə oxunur

10 avqust saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Arazmedia.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.