DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azərbaycanda narkomanların sayı AÇIQLANDI

1 dəqiqəyə oxunur

Azərbaycanda narkomanların sayı açıqlanıb.

Arazmedia.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun bu il 6 ayı ilə bağlı hesabatında əksini tapıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı 96 nəfər artıb. Qeydiyyata götürülənlərin sayı 2020-ci ildə 856 nəfər, 2021-ci ildə 952 nəfər olub.

Qeyd edək ki, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.