DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Quba və Qəbələdə meşə yanğınları söndürülüb

1 dəqiqəyə oxunur

Quba və Qəbələdə meşə yanğınları olub.

Arazmedia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) isə 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.