DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bakının daha bir küçəsində təhlükəsizlik dirəkləri quraşdırılır – VİDEO

1 dəqiqəyə oxunur

Bakı Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətlərindən biri Bakı şəhərinin inzibati ərazisində mövcud səkilərin kənarlarına təhlükəsizlik dirəklərinin quraşdırılmasıdır ki, bu da istər piyada rahatlığı, istərsə də piyada təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir.

Agentlikdən  verilən məlumata görə, vətəndaşlar tərəfindən Nazim Hacıyev küçəsində nəqliyyat vasitələrinin səkilərdə qanunsuz parklanaraq piyadaların, xüsusilə əlilliyi olan şəxslərin hərəkətinə maneə yaratması ilə bağlı BNA-ya müraciətlər daxil olmuşdur. 

BNA əməkdaşları tərəfindən adı çəkilən küçədə araşdırmalar aparılmış və nəticədə təhlükəsizlik dirəklərinin quraşdırılması prosesinə başlanılmışdır.