Bakı Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətlərindən biri Bakı şəhərinin inzibati ərazisində mövcud səkilərin kənarlarına təhlükəsizlik dirəklərinin quraşdırılmasıdır ki, bu da istər piyada rahatlığı, istərsə də piyada təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir.
Agentlikdən verilən məlumata görə, vətəndaşlar tərəfindən Nazim Hacıyev küçəsində nəqliyyat vasitələrinin səkilərdə qanunsuz parklanaraq piyadaların, xüsusilə əlilliyi olan şəxslərin hərəkətinə maneə yaratması ilə bağlı BNA-ya müraciətlər daxil olmuşdur.
BNA əməkdaşları tərəfindən adı çəkilən küçədə araşdırmalar aparılmış və nəticədə təhlükəsizlik dirəklərinin quraşdırılması prosesinə başlanılmışdır.