DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Yeni yol Laçın dəhlizinə alternativ deyil” – AÇIQLAMA

1 dəqiqəyə oxunur

“Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil”

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov işğaldan azad olunmuş Laçın şəhərinə daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanıldığını bildirib.

Bu barədə açıqlama verən qurumun mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, rəis müavini deyib ki, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq:

“Biz rahat hərəkətin təmin edilməsi üçün Laçın şəhərinə daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq”.

A.Nəcəfli qeyd edib ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə bu yolun Laçın dəhlizinə alternativ olaraq çəkilməsi barədə təhriflərə yol verilib. Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil: “Həmin yolun bir hissəsi elə Laçın dəhlizindən keçir. Başqa sözlə, Laçın şəhərinə daxil olmadan rahat hərəkəti təmin etmək məqsədi ilə əlavə 23 kilometrlik yol inşa edilir”.