DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Partlayışda xəsarət alan polis zabiti vəfat ETDİ

1 dəqiqəyə oxunur

İyulun 27-də Bakının “Maşın bazarı”nda  axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib.

Arazmedia.az  qafqazinfo-ya istinadən xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsinə görə axtarışda olan 1982-ci il təvəllüdlü Müseyib Ələsgərov polislərin onu saxlaması üçün keçirdiyi əməliyyat zamanı özünü partlarmışdı. Həmin vaxt 4 polis əməkdaşı xəsarət almışdı.

Həmin polislərdən biri, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov bu gün xəstəxanada vəfat edib. O, hadisə zamanı bədənin müxtəlif nahiyələrindən qəlpə xəsarəti almışdı.

Elçin Səfərov Bakı 1 saylı İstintaq Təcridxanasının keçmiş rəisi Rəşid Səfərovun oğludur. R. Səfərov 2017-ci ildə bu vəzifədən çıxarılaraq Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.