Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xıdırov Aqşin Afər oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.