Azərbaycan bu gün Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Arazmedia.az xəbər verir ki, karateçimiz Rafael Ağayev 75 kq. yarışlarda ikinci yeri tutub. O, finalda italiyalı Luici Busaya uduzub (0:1). Bu, hazırkı yarışda ölkəmizin ilk gümüş medalı olub. Lakin sərbəst güləş yarışlarında Hacı Əliyevin də finala çıxdığını nəzərə alsaq, o da ən azı gümüş medalı təmin edib. Final sabah keçiriləcək.
Hazırda Azərbaycan medal sıralamasında 4 medalla (1 gümüş, 3 bürünc) eyni nəticəyə malik Monqolustanla birgə 69-cu yeri tutur.
Siyahıya isə 78 medalla (35 qızıl, 26 gümüş, 17 bürünc) Çin başçılıq edir.