Bodrumun Mumcular bölgəsində başlayan meşə yanğınları səbəbilə bağlı yeni faktlar ortaya çıxıb. Arazmdia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən bölgədə yanğını törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Məlumata əsasən, bu şəxslər avtomobildən siqaret kötüyünü ətrafa ataraq tədbirsizlikdən, eləcə də yanğına səbəb olmaqda təqsirli hesab olunur. Bildirilib ki, hazırda araşdırma davam edir. Share