İtaliyada 800 nöqtədə meşə yanğınları baş verib. Siciliya adasında 250-dən çox yerdə yüksələn alovu söndürmək üçün işlər davam edir.
Arazmedia.az xəbər verir ki, Peskara şəhərində başlayan yanğın istirahət zonalarını alova bürüyüb. Xilasedicilərin köməyi ilə ətrafdakı insanlar qısa zamanda təxliyə edilib.
Tüstüdən təsirlənən 30 nəfərə tibbi yardım göstərilib. Bununla yanaşı, yanğın nəticəsində sahil yaxınlığındakı şam meşəsi tamamilə yanıb.