DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Bu ölkədə də güclü meşə yanğınları BAŞLADI

1 dəqiqəyə oxunur

Makedoniyada ölkənin şimalında meşənin bir neçə müxtəlif yerində yanğınlar başlayıb. 

Arazmedia.az  xarici KİV-ə istinadən xəbər verir ki, Koçana şəhərinin bir neçə fərqli ərazilərində başlayan yanğın paytaxt Skopyeni təhlükə ilə üz-üzə qoyub. 

Hazırda yanğının paytaxtın 100 km yaxınlığına qədər gəldiyi bildirilir. Alovlar küləyin təsiri ilə bir çox evin yanmasına səbəb olub. 

Mer Nikolço İliyev şəhərin üç tərəfdən təhlükə altında olduğunu bildirib və yanğının söndürülməsi üçün qurumlardan kömək istəyib. 

Məlumata əsasən, ölkə Prezidenti Stevo Pendarovski gün ərzində 170-ə yaxın əsgərin yanğınla mübarizə üçün cəlb olunduğunu açıqlayıb. O, həmçinin helikopterlərin də yanğınsöndürmə əməliyyatlarına cəlb ediləcəyini vurğulayıb.