DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Milli Məclis Eldəniz Səlimovun məsələsini müzakirə edir

1 dəqiqəyə oxunur

Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.

Arazmedia.az-ın xəbərinə görə, toplantıda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Komissiya deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.