Avropa İttifaqı Komissiyası Türkiyədə davam edən meşə yanğınlarının aradan qaldırılmasına dəstək göstərəcək.
Arazmedia.az xəbər verir ki, bu haqda Aİ Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib. Komissiya isə öz növbəsində dəstək məqsədilə Xorvatiyadan 1, İspaniyadan isə 2 “Canadair” təyyarəsinin Türkiyəyə göndərilməsi üçün prosesə başlayıb.
Həmçinin, Avropa İttifaqının Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzinin Türkiyə ilə müntəzəm təmasda olduğu bildirilib.