Marmarisdəki meşə yanğınını söndürməyə kömək edən 25 yaşlı Şahin Akdemirin ölümündən əvvəl çəkdiyi videogörüntülər gündəm olub.
Arazmedia.az xəbər verir ki, şiddətli alovların qarşısını su daşıyaraq alan və həmin görüntüləri sosial şəbəkədə paylaşan Şahinin bu hərəkəti onlarla insanın FHN qüvvələrinə yardım etməyə səsləyib.
Lakin 25 yaşlı Şahin Akdemir tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib. Həkimlər gəncin həyatını xilas edə bilməyib. Onun görüntüləri isə sosial şəbəkədə hər kəsin dərin kədərinə səbəb olub.