İranda zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanlar ölkənin cənubunda 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri liman şəhəri Buşirdən 79 kilometr şimal-qərbdə, zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.