DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Hadisə

Türkiyədə müalicə alan qazimiz vəfat etdi

1 dəqiqəyə oxunur

Türkiyədə müalicə alan qazimiz vəfat edib.

Arazmedia.az  xəbər verir ki, Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, o Bakıda “German” hospitalda əməliyyat olunmuşdu. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşərək, Ankaraya aparılmışdı.

Baş leytenant Prezident İlham Əliyev sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.(bakupost)